AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən 12 saylı məktəbdə PSPSD üzrə sessiya keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən 12 saylı məktəbdə PSPSD üzrə sessiya keçirilib
22
may 2024-cü il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının (IFRC) dəstəyi ilə AzQAC-ın Sumqayıt şəhər bölməsinin Psixi Sağlamlıq
və Psixososial Dəstək üzrə əlaqələndirici şəxsi Lalə Cəlilzadə tərəfindən 12
saylı orta məktəbdə “Stresslə və böhranla mübarizə", "Stressli vəziyyətlərdə
işləmək", "Özünəqayğı" mövzularında maarifləndirmə seminarı
keçirilib.
Seminarda məktəbin psixoloq müəllimləri və şagirdləri iştirak ediblər.
İştirakçıları maraqlandıran suallar cavablandırılaraq mövzu üzrə bukletlər
paylanılıb.